Azərbaycan startapçıları Gürcüstanda

Azərbaycan startapçıları Gürcüstanda
  31 Oktyabr 2017    Oxunub:1656
Gürcüstanın paytaxtı Tbilisi şəhərinin ilk Texnologiyalar Parkında "Georgian-Azerbaijan Startup Forum"u keçirilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan AzVision.az-a verilən məlumata görə, tədbirdə Yüksək Texnologiyalar Parkının nümayəndələri və startapçıları iştirak edir.

Forum çərçivəsində Gürcüstan və Azərbaycan arasında innovasiyalar, startaplar və informasiya texnologiyaları sahəsində əməkdaşlığın qurulması ilə bağlı məsələlər ətraflı müzakirə olunub. Həmçinin startaplara dəstək, biznes-inkubatorlar və akseleratorlar proqramları ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan və Gürcüstan startapçılarının iki ölkənin bazarına çıxmaları sahəsində qarşılıqlı əməkdaşlığın genişlənməsini müzakirə edib.

Nazirliyin dəstəyilə tədbirdə Azərbaycan startapçıları aşağıdakı layihələri təqdim edib;

- “Omarov's Game Studio” layihənin nümayəndələri Bakir Omarov və Mia Əliyeva
- “Spinal” - Arif Mövsümzadə
- “BuilDay” - Sadıx Hüseynov
- “Healthy Living Support Platform" - Şahlar Paşayev
- “VeloKuryer” - Tofiq Hidayətzadə
- “MyExcelWorld” - Aydın Əliyev
-“Trainer for Accountants” - Elnur Osmanov
- “My Baku Guide” - Murad Axundov
- “İRS Cizgi” - Anar Əkbərli

AzVision.az


Teqlər: startap  





Xəbər lenti