“Brain Ring” izlə, “Nar”dan hədiyyə qazan!

  31 Oktyabr 2017    Oxunub : 346
“Brain Ring” izlə, “Nar”dan hədiyyə qazan!

“Nar”ın ənənəvi olaraq dəstək verdiyi “Brain Ring” intellektual bilik yarışlarının doqquzuncu mövsümü davam edir. Yarışlarda respublikanın müxtəlif bölgə və ali məktəblərini təmsil edən komandalar bilik mübarizəsi aparırlar.

Hər il olduğu kimi, “Brain Ring” intellektual yarışlarının yayımı zamanı televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə keçirilir. Belə ki, verilişin yayımı zamanı “Nar”ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanırlar. “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar”dan hədiyyə qazanmaq şansı əldə edirlər.

Oktyabr ayının qalibləri olan “Twitter” istifadəçilərinin adları artıq məlumdur: Sübhan Tapdıqov (@subhantapdiqov), Miryusif Mirismayılov (@MiRismayilov), Elçin Ağazadə (@tirtimbay), Famil (@Famil95).

Ətraflı məlumatı @salamnar “Twitter” hesabından əldə etmək mümkündür.

AzVision.az

Teqlər: Nar