Daha bir parkda “Wi-Fi” pulsuz olacaq

Daha bir parkda “Wi-Fi” pulsuz olacaq
  31 Oktyabr 2017    Oxunub:1946
“Baktelecom” “Pulsuz Wi-Fi” zonalarının sırasına daha birini əlavə edib. Bu gündən etibarən “İzmir” parkını istirahət üçün seçən insanlar da pulsuz internetdən faydalana bilərlər.
“Baktelecom”dan AzVision.az-a bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə "Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) tərəfindən cari ilin mart ayından etibarən həyata keçirilən "İctimai İnternet" layihəsi üzrə "Pulsuz Wi-Fi" xidmətin əhatə dairəsi genişlənir. “Pulsuz Wi-Fi” şəbəkəsi tezliklə Bakının Nərimanov parkında da istifadəyə veriləcək.

Qeyd edək ki, indiyədək “İctimai İnternet" şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Parkı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov, Hüseyn Cavid, Səməd Vurğun, Muğan bağları, Qış, Zabitlər, Dədə Qorqud, eləcə də “Port Baku Residence” və “Port Baku Mall” (Fashion Avenue) parklarında da aktiv edilib.

AzVision.az


Teqlər: Park  





Xəbər lenti