Düşmən 10 ayda atəşkəs rejimini 33003 dəfə pozub

Düşmən 10 ayda atəşkəs rejimini 33003 dəfə pozub
  31 Oktyabr 2017    Oxunub:2435
Cari ilin 10 ayı ərzində erməni silahlı bölmələri atəşkəs rejimini 33 003 dəfə pozub.
AzVision.az-ın Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, atəşkəsin pozulları halı daha çox avqust ayında qeydə alınıb.

Düşmən yanvarda 1063, fevralda 1266, martda 3964, apreldə 3592, mayda 3756, iyunda 3883, iyulda 4065, avqustda 4093, sentyabrda 3802, oktyabrda isə 3519 dəfə cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar və qumbaraatanlardan istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Silahlı Qüvvələrin Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqeləri erməni silahlı bölmələrinin atəşinə məruz qalıb.

10 ay ərzində bütün cəbhə boyu əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altında olub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Cəbhə   Təxribat   Atəşkəs  





Xəbər lenti