Azərbaycan neftinin qiyməti 62 dolları ötdü

  01 Noyabr 2017    Oxunub : 538
Azərbaycan neftinin qiyməti 62 dolları ötdü

Azərbaycan neftinin qiyməti bahalaşmaqda davam edir.

AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,73 dollar bahalaşaraq 62,20 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,27 dollar bahalaşaraq 54,65 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,22 dollar artaraq 61,16 dollar təşkil edib.

AzVision.az

Teqlər: Neft   Birja