SOCAR oktyabrda 51129 ton dizel yanacağı ixrac edib

SOCAR oktyabrda 51129 ton dizel yanacağı ixrac edib
  01 Noyabr 2017    Oxunub:3391
OCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin oktyabr ayında 51 min 129 ton dizel yanacağı, 9 min 527 ton təyyarə yanacağı, 2 min 439 ton yüksək təzyiqli polietilen, 786 ton mütləqləşdirilmiş izopropil spirti, 3 min 321 ton maye piroliz qətranı və 2 min 134 ton propilen ixrac edib.
SOCAR-dan AzVision.az-a verilən məlumata görə, 2017-ci ilin yanvar-oktyabr ayları ərzində 452 min 288 ton dizel yanacağı, 43 min 110 ton təyyarə yanacağı, 236 ton soba mazutu, 58 min 704 ton yüksək təzyiqli polietilen, 9 min 894 ton mütləqləşdirilmiş izopropil spirti, 50 min 306 ton maye piroliz qətranı, 31 min 384 ton propilen və 21 min 616 ton butilen butadien fraksiyası ixrac edilib.

2017-ci ilin oktyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 560,49 ABŞ dolları, təyyarə yanacağının - 543,08 dollar, dizel yanacağının - 505,58 dollar, 1 faizli kükürdlü mazutun - 330,91 dollar, yüksək təzyiqli polietilenin -1235 dollar, butilen butadien fraksiyasının - 652,86 dollar, maye piroliz qətranının - 560,49 dollar, propilenin qiyməti - 860 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 1282,50 avro təşkil edib.

AzVision.az


Teqlər: SOCAR   Dizel  





Xəbər lenti