Bitkoinin qiyməti 7000 dolları keçdi

Bitkoinin qiyməti 7000 dolları keçdi
  02 Noyabr 2017    Oxunub:2337
Bitkoinin qiyməti 7000 dollar həddini ötərək, rekord səviyyəyə yüksəlib.
AzVision.az xəbər verir ki, hazırda bitkoin 7004,21 dollara satılır.

Qeyd edək ki, bitkoinin qiyməti 2017-ci ilə 966 dollardan başlayıb. Hazırda dünyada olan kriptovalyutaların ümumi kapitallaşmaya görə artıq “Goldman Sachs” (93,67 mlrd. dollar) kimi bankı ötüb. Əgər rəqəmsal valyutaların qiyməti bu templə artmağa davam edərsə, yaxın 5 ildə 800 mlrd. dollar kapitallaşması olan dünyanın ən bahalı şirkəti “Apple”ı da ötəcək.

AzVision.az



Teqlər: bitkoin  





Xəbər lenti