Bakıda 8-ci Avropa Film Festivalı başladı

Bakıda 8-ci Avropa Film Festivalı başladı
  03 Noyabr 2017    Oxunub:5095
Bakıda 8-ci Avropa Film Festivalının açılışı mərasimi keçirilib.
AzVision.az-ın məlumatına görə, festivalın açılış mərasimində çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümyəndəliyinin rəhbəri Kestitus Yankauskas bildirib ki, bu, artıq Azərbaycanda keçirilən 8-ci film festivalıdır.

"Biz bu ənənənin 8 il davam etməsindən olduqca məmnunuq. Film festivalı Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin inkişafına öz töhfəsini verir. Festivalın təşkilatçıları üçün kino zallarının dolu olması böyük hədiyyədir"

Qeyd edək ki, Avropa Film Festivalı 2-12 noyabr tarixlərində keçiriləcək.

Festival Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin, Aİ-yə üzv ölkələrin və eləcə də Norveç səfirliyinin təşəbbüsü ilə təşkil olunacaq. Proqrama 21 filmin nümayişi daxildir. Onlardan 1-i Azərbaycan, 1-i Böyük Britaniya, 1-i Norveç, qaıanları isə Avropa İttifaqının 18 ölkəsi - Belçika, Bolqarıstan, Çex Respublikası, Xorvatiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, İspaniya, İsveç filmləridir.

Müasir Avropa filmlərinin təqdim olunacağı festival zamanı Avropanın tanınmış film rejissorları da Azərbaycan paytaxtına gələcəklər. Festivalın qonaqları arasında tanınmış rejissorlar - bolqarıstanlı Dimitar Kotzev, belçikalı Kadır Balci, portugaliyalı Juau Nicolau, hollandiyalı Yoram Lürsen da var. Onlar Bakıda masterklass dərsləri də keçirəcəklər.

Filmlərin nümayişindən sonra tamaşaçılara rejissorlarla interaktiv müzakirələrdə iştirak etmək imkanı veriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:   Azərbaycan   Festival   Kino  





Xəbər lenti