Ərdoğan Azərbaycanın tarixi layihəsi haqda: “Heç kim buna inanmırdı”
AzVision.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı zamanı “Euronews” televiziyasına müsahibəsində deyib.
Ərdoğan əlavə edib ki, bu yolun strateji baxımdan istər yük, istərsə də sərnişin daşınmasında şübhəsiz ki, mühüm əhəmiyyəti var: “Bilirsiniz ki, xərclər baxımından yük daşınmalarında dəmir yolu sistemi dəniz nəqliyyatı ilə rəqabət içindədir, bu dəmir yolu ilə daşımaların maliyyə xərcləri xeyli azdır. Sərnişin daşınmasında da qəza riski demək olar ki yox dərəcəsindədir”.
AzVision.az