“Bakı-Tbilisi-Qars həqiqətən strateji layihədir” - Gürcüstanın baş naziri
“Çünki o, strateji tərəfdaş olan üç ölkəni-Türkiyə, Gürcüstan və Azərbaycanı birləşdirir. Bu layihə parlaq əməkdaşlığın nümunəsidir. Belə ki, o, təkcə ölkələrin iqtisadiyyatını deyil, bu ölkələrin xalqlarını birləşdirir. İnteqrasiya, əməkdaşlıq nə qədər çox olarsa, regionda və onun hüdudlarından kənarda iqtisadi, ticari artım, təhlükəsizlik o qədər çox olar. Bizim dost və qardaşlarımızın – Qazaxıstanın, Özbəkistanın baş nazirlərinin, Türkmənistan və Tacikistanın nazirlərinin açılışda iştirakı bu layihənin əhəmiyyətini göstərir”.
O, qeyd edib ki, “Bir kəmər - bir yol” layihəsi Asiya ilə Avropanı birləşdirən layihədir və praktiki olaraq, bütün qitəni inkişaf etdirir: “Mərkəzi Asiya və Cənubi Qafqaz Türkiyə ilə birlikdə Avrasiya qitəsini birləşdirən mühüm bənddir. Belə ki, o, daha çox iqtisadi artım və daha çox sabitlik gətirir”.
AzVision.az