Energetiklərə mükafatlar təqdim olunub - Fotolar

Energetiklərə mükafatlar təqdim olunub - Fotolar
  03 Noyabr 2017    Oxunub:1907
Dövlət təltiflərinə layiq görülən energetiklərə mükafatlar təqdim olunub.
Energetika Nazirliyindən (EN) AzVision.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan energetiklərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” 19 oktyabr 2017-ci il tarixli sərəncamı ilə energetika sahəsində səmərəli fəaliyyətinə görə, Nazirliyin dövlət təltiflərinə layiq görülmüş əməkdaşlarına mükafatların təqdim olunması mərasimi keçirilib.



Energetika naziri Pərviz Şahbazov energetiklərin əməyini yüksək qiymətləndirən, energetika sektorunun inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevə nazirliyin kollektivi adından dərin minnətdarlığını bildirib.



Sonra nazir Energetika Nazirliyinin təltif olunan əməkdaşları - Amil Mürsəliyevi, Akif Əfəndiyevi və Pərviz Qəribzadəni təbrik edərək, medal və vəsiqələri sahiblərinə təqdim edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

AzVision.az


Teqlər: Energetika-Nazirliyi  





Xəbər lenti