9 ayda əhali banklara 1,5 milyard xeyir verib
Qeyd olunub ki, cari ilin sentyabr ayının 30-na Azərbaycan banklarında yerləşdirilən depozitlərin məbləği 15 mlrd. 362,4 mln. manat təşkil edib. Belə ki, sentyabrda ölkədə fəaliyyət göstərən banklarda yerləşdirilən depozitlərin məbləği azalıb. Belə ki, avqust ayı ilə müqayisədə sentyabrda banklar tərəfindən cəlb olunan depozitlərin məbləği 1 mlrd. 172,7 mln. manat azalıb.
Eyni zamanda banklar tərəfindən müştərilərə verilən kreditlərin ümumi məbləği 11 mlrd. 966,9 mln. manat təşkil edib. Bank sektorunun iştirakçılarının məcmu kredit portfeli sentyabrın ayının əvvəli ilə müqayisədə 59,7 mln. manat və ya 0,50% artıb.
AzVision.az