Ölkədə 161 min ton pambıq yığılıb

Ölkədə 161 min ton pambıq yığılıb
  04 Noyabr 2017    Oxunub:2976
Noyabrın 4-dək ölkə üzrə 161 min 416,23 ton pambıq tədarük olunub. Ötən gün isə qəbul məntəqələrinə 2736,71 ton pambıq təhvil verilib.
Dövlət Statistika Komitəsindən AzVision.az-a bildiriblər ki, ən çox pambıq tədarük edən rayonların siyahısına Saatlı (22440,50 ton), Biləsuvar (20110,48 ton), Bərdə (16237,70 ton), Ağcabədi (15314,90) və Sabirabad (14570,66 ton) daxildir.

AzVision.az


Teqlər: DSK   pambıq  





Xəbər lenti