"Formula-1" üçün ucuz biletlər satışa çıxarılmayacaq
""Formula-1" rəhbərliyi biletlərin bu qədər ucuz olmasına təəccübləndi, ancaq təəssüflər olsun ki, həmin ərazilərə maraq gözlədiyimiz qədər olmadı və həmin ərazilərə yatırılan yatırım qarşılığını almadı. Buna görə də gələn il keçiriləcək "Formula-1" üçün Sabir və Sahil bağlarında biletlər satışa çıxarılmayacaq”.
B.Özərdim əlavə edib ki, gələn il yarışlar üçün 30 min bilet satışa çıxarılacaq. Onun sözlərinə görə, yarışdan gələn gəlirlərin artırılması istiqamətində işlər aparılır: "Bu məqsədlə VİP yerlər üçün biletlərin sayının artırılması nəzərdə tutulur".
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Formula-1