Neft Fondu AÇG-dən 127,3 milyard dollar qazanıb

  06 Noyabr 2017    Oxunub : 272
Neft Fondu AÇG-dən 127,3 milyard dollar qazanıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları bloku üzrə gəlirləri açıqlayıb.

ARDNF-dən AzVision.az-a verilən məlumata görə, bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzər dənizinin milli sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin satışından 5,195 mlrd. ABŞ dolları məbləğində vəsait daxil olub.

Ümumiyyətlə, 2001-ci ildən 2017-ci ilin noyabrın 1-dək AÇG yataqlar bloku üzrə 127,304 mlrd. ABŞ dolları gəlir əldə olunub.

AzVision.az

Teqlər: Dollar   Neft-Fondu