“Pobeda” Azərbaycanı tərk edir

“Pobeda” Azərbaycanı tərk edir
  07 Noyabr 2017    Oxunub:1750
Rusiyanın hava nəqliyyatı federal agentliyi “Aeroflot”un törəmə şirkəti olan “Pobeda” loukoster şirkətinin Azərbaycana reyslər həyat keçirmək icazəsini geri çağırıb.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Daşıyıcıların beynəlxalq daşımalara buraxılması üzrə qurumlararası komissiyasının protokolunda qeyd olunub.

Qeyd edək ki, “Pobeda” aviaşirkəti ötən ilin iyulunda həftədə dörd dəfə Rostovdan Bakıya reyslər həyata keçirmək hüququ əldə etmiş və oktyabrın 31-dən uçuşları həyata keçirməyə başlamışdı. Lakin bu ilin may ayının 30-dan reyslər ləğv olunmuşdu.

Bundan başqa, “VİM Avia” şirkəti icazə aldıqdan sonrakı müddətdə uçuşlar keçirmədiyi üçün icazəsi geri çağırılıb.

Sənəddə qeyd olunur ki, “Severnıy Veter” aviaşirkəti həftədə yeddi dəfə olmaqla Rostovdan Bakıya sərnişin daşımaq hüququ əldə edib.

“Yamal” aviaşirkəti də Tümen-Bakı və Surqut-Bakı marşrutları üzrə həftədə dörd dəfə reyslər həyata keçirmək icazəsi alıb.

AzVision.az


Teqlər: Pobeda  





Xəbər lenti