Azərbaycanda bəzi məhsulların gömrük rüsumu azaldıldı
AzVision.az-ın xəbərinə görə, bununla bağlı qərarı Baş nazir Artur Rasizadə imzalayıb.
Belə ki, qərara əsasən süd məhsulları, quş yumurtası, təbii bal, kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşib.
Nazirlər Kabineti qərarı Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifinə əsasən qəbul edib.
Qeyd edək ki, qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 2019-cu il dekabrın 31-dək qüvvədədir.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Nazirlər-Kabineti