“Riyad”ın lisenziyası ləğv olunmayıb

“Riyad”ın lisenziyası ləğv olunmayıb
  07 Noyabr 2017    Oxunub:1032
Dünəndən etibarən mətbuatda yayılan məlumata görə, “Riyad” Mühafizə Ximdətinin lisenziyası ləğv olunub və fəaliyyət göstərmək hüququ əlindən alınıb.
RMX-nin mətbuat katibi Fuad Mədətov mətbuata açıqlamasında bildirib ki, yayılan məlumatlar tamamilə yanlışdır. Mühafizə xidmətinin lisenziyası ləğv olunmayıb:

“RMX-nin baş idarə rəisi Etibar Qasımov Daxili İşlər Nazirliyinə məktubla müraciət edərək, sözügedən qurumun adının dəyişdirilməsinə icazə istəyib. Lisenziya olduğu kimi qalıb, yalnız qurumun adı dəyişiləcək. Hazırda qurumun adı təsdiq olunmayıb. Yaxın günlərdə bu barədə də ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Riyad  





Xəbər lenti