Azərbaycanın xarici borcu artmayıb - Maliyyə naziri

Azərbaycanın xarici borcu artmayıb - Maliyyə naziri
  07 Noyabr 2017    Oxunub:2168
"Bizim xarici valyutada ifadə olunmuş borcumuzun həcmi artmayıb. Beynəlxalq Bankı kənara qoysaq, borcumuz eyni səviyyədədir. Borcumuzu artıran yeganə faktor Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı kreditlərdir".
AzVision.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

"Cənub Qaz layihəsi böyük layihədir və bu layihədə Azərbaycanın beynəlxalq maliyyə institutlarının maliyyə və ümumi dəstəyinə ehtiyacı var. Layihələr üzrə dövlət tərəfindən zamanətlər verilir. Verdiyimiz zəmanətlərin həcmi artır ki, bunlar müvəqqəti addımlardır. Layihələr istismara veriləndən sonra zəmanətlərin geri qaytarılması üzrə tədbirlər görəcəyik.

Artıq bizim tərəfimizdən uzunmüddətli dövlət borcuna xidmət strategiyası hazırlanıb. Əsas məqsəd odur ki, borclanmanın həcmini azaldaq, qaytarma cədvəlini hamarlaşdırırıq ki, büdcəyə böyük həcmdə ağırlıq düşməsin. Lakin o demək deyil ki, borc almayacağıq. Bu, düzgün yanaşma deyil. Dünyanın bütün dövlətləri borc alır. Müəyyən səviyyədə borc səviyyəmizi sabitləşdirəcəyik və çalışacağıq ki, bu səviyyədə qalsın"

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Samir-Şərifov  





Xəbər lenti