Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Mərkəzi Bankın valyuta ehtiyatları artıb
  07 Noyabr 2017    Oxunub:1362
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.
AzVision.az Mərkəzi Banka istinadla xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları noyabrın 1-nə 5 200,7 milyon ABŞ dolları təşkil edib. Bu, oktyabrın 1-i ilə müqayisədə 33,2 milyon dollar çoxdur.

Bundan başqa Azərbaycanda pul bazası noyabrın 1-nə 8 531,6 milyon manat təşkil edib. Bu rəqəm ötən ayın eyni dövrü ilə müqayisədə 139,6 milyon manat azdır.

Eyni zamanda son 1 ildə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmində 20,4%, avro ilə valyuta əməliyyatlarının həcmində isə 7% azalma baş verib.
Hesabat dövründə valyuta bazarında əməliyyatların 83%-i dollarda, 17%-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 24% hissəsi banklararası valyuta bazarında (BVB), 76%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb.

Dollarla BVB-də aparılmış əməliyyatların 58,1%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BDVB-də isə valyuta əməliyyatlarının 95,6%-ni hüquqi şəxslərə valyuta satışı təşkil edib.

AzVision.az




Teqlər: Mərkəzi-Bank  





Xəbər lenti