Azərbaycanda seçki ilə bağlı daha bir dəyişiklik

Azərbaycanda seçki ilə bağlı daha bir dəyişiklik
  08 Noyabr 2017    Oxunub:1087
Azərbaycanda məntəqə seçki komissiyasının bir üzvünün seçki məntəqəsinin girişində dayanaraq vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədlərini yoxlaması ilə bağlı müddəanın qanunvericilikdən çıxarılması təklif olunur.
AzVision.az xəbər verir ki, bununla bağlı Seçki Məcəlləsinə dəyişiklik edilir.

Belə ki, məcəllədən 104.7-ci (Məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri yoxlamalıdır) bənd çıxarılır.

AzVision.az


Teqlər: Seçki-Məcəlləsi  





Xəbər lenti