Neftin qiyməti 66 dollardan bahadır

  08 Noyabr 2017    Oxunub : 294
Neftin qiyməti 66 dollardan bahadır

Azərbaycan neftinin qiyməti bahalaşmaqda davam edir.

AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,03 dollar bahalaşaraq 66,23 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,24 dollar ucuzlaşaraq 56,96 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,21 dollar azalaraq 63,48 dollar təşkil edib.

AzVision.az

Teqlər: Neft   Birja