Mərkəzi Bank 200 milyon cəlb edir

Mərkəzi Bank 200 milyon cəlb edir
  10 Noyabr 2017    Oxunub:1455
Noyabrın 13-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
AzVision.az Mərkəzi Banka istinadla xəbər verir ki, hibrid hərracda 200 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.

Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 10,01-14,99 faiz təşkil edir.

AzVision.az


Teqlər: depozit   hərrac  





Xəbər lenti