Ölkədə 172 min ton pambıq yığılıb

Ölkədə 172 min ton pambıq yığılıb
  10 Noyabr 2017    Oxunub:1612
Noyabrın 10-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 172 min 245 tondan çox məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsindən AzVision.az-a bildiriblər ki, bu məhsulun 1608 tonu ötən iki gündə tədarük olunub.

Pambıq tədarükündə Saatlı (23507 ton), Biləsuvar (21118,95 ton), Bərdə (17976,64 ton), Ağcabədi (16391,93 ton) və Sabirabad (15521,76 ton) rayonları irəlidədir.

Xatırladaq ki, 2016-cı ildə, ümumilikdə, 88 min 596 ton pambıq yığılmışdı. Bu il ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektarda çiyid səpilib.

AzVision.az


Teqlər: pambıq  





Xəbər lenti