“Xərcləri artırmaq fəsadlar yarada bilər” - Deputatlara cavab

“Xərcləri artırmaq fəsadlar yarada bilər” - Deputatlara cavab
  13 Noyabr 2017    Oxunub:1978
“Gələn ilin büdcə xərclərini 3 mlyarda manata yaxın artırmışıq. Büdcə xərclərini bundan çox artırmaq başqa iqtisadi fəsadlara gətirib çıxara bilər”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deputatların büdcədən müxtəlif sahələrə əlavə vəsait ayrılması ilə bağlı təkliflərini cavablandırarkən deyib.

Nazir müavini neftin qiyməti ilə bağlı ən uyğun variantın seçildiyini bildirib: “Bu gün Dövlət Neft Fondunda kifayət qədər vəsait var. Hər zaman olduğu kimi lazım olan zaman həmin vəsaitlərdən istifadə edəcəyik. 2018-ci ildə neftin nəzərədə tutulan qiyməti heç də pessimist variant deyil, reallığa yaxın səviyyədədir”.

Nazir müavini depuatatların büdcənin sosial deyil, tikinti büdcəsi olması ilə bağlı fikirləri ilə razılaşmayıb: “Biz hər zaman ayrılmış vəsaitlərin nəticəyönümlü olmasını nəzərə alırıq. Büdcənin 36,6%-i sosialyönümlü vəsaitlərdir. Ona görə büdcə sosialyönümlüdür. Həmçininin investisiyalar da hər il artır. İnvestisiya da soail müdafiə tədbirlərinin bir hissəsidir”.

A.Bayramov vurğulayıb ki, 2018-ci ilin dövlət büdcəsində yanacaq, benzin və işığa görə ayrılan xərclərin artırılması gələcəkdə qiymət artımın olacağı demək deyil.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti