Vahid Ələkbərov neftin 70 dollar olacağına inanmır

  13 Noyabr 2017    Oxunub : 820
Vahid Ələkbərov neftin 70 dollar olacağına inanmır

Azərbaycanlı milyarder, “LUKoyl” şirkətinin prezidenti Vahid Ələkbərov bəyan edib ki, “OPEC+” üzrə neft hasilatının aşağı salınması barədə razılıq neftin bir barel üzrə qiymətini 70 dollara qədər artırmayacaq.

AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Neftin qiyməti 70 dollara qədər bahalaşmayacaq. Qış mövsümü başlayır və minimum istehlak olacaq. Yəni mən düşünürəm ki, qiymət kifayət qədər stabil olacaq”, - deyə Ələkbərov qeyd edib.

İş adamı eyni zamanda vurğulayıb ki, “OPEC+” razılaşması tam həcmdə həyata keçirilməlidir.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Vahid-Ələkbərov