Azərbaycanın ixrac missiyası Çinə gedib

Azərbaycanın ixrac missiyası Çinə gedib
  13 Noyabr 2017    Oxunub:1468
Azərbaycanın növbəti ixrac missiyası Çinin Şanxay şəhərindədir.
İqtisadiyyat Nazirliyindən AzVision.az-a verilən məlumata görə, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə təşkil olunmuş ixrac missiyasına şərab və spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən 13 yerli şirkətin nümayəndəsi daxildir.

Qeyd edək ki, Şanxay şəhərinə təşkil olunmuş ixrac missiyası sayca 10-cudur.

AzVision.az


Teqlər: İqtisadiyyat-Nazirliyi  





Xəbər lenti