Fransa Bakı Limanına maraq göstərir
Nazir, həmçinin qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmiryolu xətti və Ələt qəsəbəsində tikilməkdə olan yeni Bakı Limanı ölkənin ən böyük nəqliyyat layihələri olaraq, bərpa olunmaqda olan qədim İpək Yolunun ayrılmaz hissəsidir. Eyni zamanda nazir cari ilin yay aylarında Fransaya səfəri zamanı fransalı həmkarı ilə görüşdüyünü və telekommunikasiya, nəqliyyat sahəsində əməkdaşlığa hər zaman hazır olduğumuzu bildirib. R.Quluzadə, eyni zamanda, Fransa şirkətlərini 5-8 dekabr tarixlərində baş tutacaq 23-cü “Bakutel” sərgisinə dəvət edib.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Azərbaycanın tarixi İpək Yolunda oynadığı rolu, yeni limanın Ələtdə inşa olunmasının zərurəti, o cümlədən ölkə və regionun iqtisadiyyatına verəcəyi töhfələr barədə qonaqları məlumatlandırıb.
T.Ziyadov Fransa şirkətlərini yeni limanda birgə fəaliyyətə dəvət edib. Eyni zamanda baş direktor gələn ilin 8-11 may tarixlərində keçiriləcək və Bakı Limanının ev sahibliyi edəcəyi Dünya Limanları Assosiasiyasının (IAPH) illik toplantısı barədə səfirə məlumat verib.
Fransanın Azərbaycandakı səfiri xanım O.Buşez öz növbəsində bildirib ki, Ələt qəsəbəsində tikilməkdə olan yeni Bakı Limanı layihəsinin inşasını yaxından izləyirlər. Onun sözlərinə görə, qeyd olunan liman Azərbaycan hökumətinin siyasətində ölkənin nəqliyyat qovşağına çevrilməsi üçün mühüm yer tutur və Fransa həm iqtisadi, həm də siyasi cəhətdən qeyd olunan layihəni dəstəkləyir. Səfir ölkəsinin böyük limanları olan “Marsel”, “Port of Le Havre” və “Dyunkerk” limanları ilə Bakı Limanının əməkdaşlıq etməsində maraqlı olduqlarını vurğulayıb.
AzVision.az
Teqlər: NRYTN Bakı-Limanı