Prezident daxili işlər nazirini qəbul edib - Yenilənib

Prezident daxili işlər nazirini qəbul edib - Yenilənib
  15 Noyabr 2017    Oxunub:1743
Azərbaycan prezidenti İlham Əliyev Moldovanın daxili işlər naziri Aleksandr Jizdanı qəbul edib.
AzVision.az-ın məlumatına görə, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycan və Moldova hüquq mühafizə orqanları, o cümlədən Daxili İşlər nazirlikləri arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi, təcrübə mübadiləsi aparılmasının əhəmiyyəti vurğulanıb, Moldovanın daxili işlər naziri Aleksandr Jizdanın ölkəmizə səfərinin bu əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.



AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti