“SOCAR-ın missiyası neft və qaz çıxarmaqla bitmir” - Rövnəq Abdullayev

“SOCAR-ın missiyası neft və qaz çıxarmaqla bitmir” - Rövnəq Abdullayev
  16 Noyabr 2017    Oxunub:2705
"Bizim məqsədimiz Azərbaycan iqtisadiyyatına əlavə dəyər qazandırmaqdır. SOCAR-ın missiyası yalnız neft və qaz çıxarmaqla bitmir".

AzVision.az xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
O, qeyd edib ki, dünya bazarında neft və qazın qiymətinin tez-tez dəyişdiyi müddətdə SOCAR sərmayəsini emal və kimya sənayesinə yatırıb. Bu öz müsbət təsirini göstərib.

Rövnəq Abdullayev "Petkim" layihəsindən söz açıb. Bildirib ki, "Petkim"in bu ilin 9 ayında gəlirinin 266 milyon dollar təşkil etdiyini vurğulayıb.

R. Abdullayev bildirib ki, yeni müəssisələr tikilməklə yanaşı bir sıra zavodlar yenilənir.

"Hazırda "Şahdəniz -2" layihəsinin 95%-i, "Cənub Qaz Dəhlizi" layihəsinin 96%-i, TANAP layihəsinin 93%-i, TAP-ın isə 58%-i tamamlanıb. Azərbaycan bu layihələri həyata keçirməklə Avropanın Enerji təhlükəsizliyinə öz töhfəsini verir və bu anlamda qlobal qaz bazarında önəmli oyunçuya çevrilir".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rövnəq-Abdullayev   SOCAR  





Xəbər lenti