“2017-ci ili uğurlarla başa vururuq” - Prezident

“2017-ci ili uğurlarla başa vururuq” - Prezident
  16 Noyabr 2017    Oxunub:1541
“Biz 2017-ci ili bütövlükdə iqtisadi, sosial, beynəlxalq siyasət sahələrində yaxşı nəticələrlə, uğurlarla başa vururuq”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 16-da Abşeron Olimpiya İdman Kompleksinin açılışında deyib. Onun sözlərinə görə, bu, bir daha göstərir ki, Azərbaycanda inkişaf dayanıqlıdır və uğurludur.

Dövlət başçısı əlavə edib ki, növbəti illərdə Azərbaycan ancaq və ancaq yüksək sürətlə, böyük uğurlarla irəliyə gedəcək: “Qarşıda duran vəzifələr hələ çoxdur. Biz bütün problemləri, insanları narahat edən məsələləri həll etməliyik. Həm Bakının, həm böyük şəhərlərin, ən xırda kəndin də problemi diqqət mərkəzində olmalıdır”.

AzVision.az



Teqlər: İlham-Əliyev  





Xəbər lenti