Qaz ehtiyatlarının 4 faizi itkiyə gedib

Qaz ehtiyatlarının 4 faizi itkiyə gedib
  16 Noyabr 2017    Oxunub:1342
2017-ci ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 mlrd. 536,5 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3% az vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, istifadə olunmuş vəsaitin 9 mlrd. 680,7 mln. manatı və ya 77,2%-i məhsul istehsalı obyektlərinin, 2 mlrd. 109,1 mln. manatı (16,8%-i) xidmət sahələri üzrə obyektlərin, 746,7 mln. manatı (6%-i) isə ümumi sahəsi 1 mln. 399,5 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

2017-ci ilin yanvar-oktyabr aylarında magistral neft kəmərləri ilə 35 mln. 584,5 min ton neft nəql edilib. Nəqletmənin 78,8%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-oktyabr ayları ərzində bu kəmər vasitəsilə 28 mln. 49,3 min ton neft ötürülüb. Dövr ərzində BTC ilə 5 mln. 351,7 min ton tranzit nefti də nəql edilib.

Bundan başqa cari ilin yanvar-sentyabr aylarında ölkədə 16,5 mlrd. kubmetr əmtəəlik təbii qaz ehtiyatları olub, onun 81,8%-i hasilatın, 10,4%-i ilin əvvəlinə mövcud olan ehtiyatın, 7,8%-i isə idxalın hesabına formalaşıb. Ehtiyatların 44,3%-i ölkə daxilində istehlak edilib, 37,7%-i ixrac olunub, 3,6%-i itkiyə gedib, 14,4%-i isə oktyabr ayının əvvəlinə ehtiyat kimi qalıb.

Yanvar-sentyabr aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 1 mlrd. 544,6 mln. kVt saat elektrik və 169,1 min Qkalori istilik enerjisindən, 106,2 mln. kubmetr təbii qazdan istifadə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisindən 10,3%, istilik enerjisindən 30,9%, təbii qazdan 11,7% çox istifadə edilib.

AzVision.az


Teqlər: qaz   tikinti  





Xəbər lenti