Güzəştli mənzil almaq istəyənlərin nəzərinə!

Güzəştli mənzil almaq istəyənlərin nəzərinə!
  16 Noyabr 2017    Oxunub:2827
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) vətəndaşın imzalayacağı müqavilə formasını hazırlayıb.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MİDA-nın aparat rəhbəri Anar Quliyev deyib. Onun sözlərinə görə, artıq yeni forma razılaşdırılması üçün Azərbaycan Dövlət İpoteka Fonduna göndərilib.

Bundan əlavə Yasamal yaşayış kompleksinin rəsmi saytı təqdim edilib. Aparat rəhbəri deyib ki, narazılıq yaranmasın deyə mənzillərin hər iki perimetr üzrə ölçüləri verilib: "Mənzilin daxili və xarici perimetrləri üzrə ölçüləri veririk ki, narazılıq olmasın".

Qurum rəsmisi ərazidə yeni yol salınacağını və 4 marşrut xəttinin çəkiləcəyini deyib: "Hazırda Bakı Nəqliyyat Agentliyi ilə yeni marşrut xətlərinin çəkilməsi ilə bağlı danışıqlar gedir".

Qeyd edək ki, Yasamal yaşayış kompleksi 29 binadan ibarət olacaq. Burada ümumilikdə 1843 mənzil olacaq. Həmin mənzillərin 324-ü bir otaqlı, 1052-i 2 otaqlı, 467-i isə 3 otaqlıdır.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: MİDA  





Xəbər lenti