Sosial evlər bazar qiymətindən ucuz olacaq

  16 Noyabr 2017    Oxunub : 1358
Sosial evlər bazar qiymətindən ucuz olacaq

Prezident Yanında Dövlət Mənzil İnşaatı Agentliyi (MİDA) 500-dən artıq mənzilin qeydiyyat sənədini Dövlət Resyestri Xidmətindən alıb.

AzVision.az xəbər verir ki, bu barədə MİDA-nın Aparat rəhbəri Anar Quliyev deyib. O bildirib ki, mənzillər alıcıların adına keçiriləcək və bu sənədlə alqı-satqı başlayacaq: "Şəxslərin adına olan sənədlə onlar kredit götürə və ya girov qoya bilər".

Mənzilin qiymətinə gələncə, A.Quliyev bildirib ki, mənzillər kvadrat metrə görə deyil, ümumi qiymətə əsasən elan olunacaq.

"Alıcı mənzilin qiymətini əsas götürür. Kvadrat metrə görə qiymətdə qeyri-müəyyənlik yaranır. Şəxs mənzilin kvadrat metrə görə qiymətini öyrənmək istəyirsə, o zaman ümümi qiyməti 70-ə bölək. Bazardakı qiymətlərlə bağlı öyrənmək istəsə, 80-dən yuxarı böləcək və qiymət daha aşağı olacaq. Tikintinin 30 faizi başa çatdıqdan sonra mənzillər Dövlət Reyestr Xidmətinin sənədlərinə əsasən satışa çıxarılacaq" - MİDA rəsmisi deyib.

Aytən Zəhra
AzVision.az

Teqlər: MİDA