400-dək poçt şöbəsində komunal ödəniş asanlaşdı

400-dək poçt şöbəsində komunal ödəniş asanlaşdı
  16 Noyabr 2017    Oxunub:1711
Azərbaycanda ən geniş xidmət şəbəkəsinə malik “Azərpoçt” MMC ənənəvi poçt xidmətləri ilə yanaşı, filial və şöbələrində valyuta əməliyyatları, kommunal ödənişlərin qəbulunu da həyata keçirir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorundan AzVision.az-a verilən xəbərə görə, Ucqar rayon və kənd yerlərində bank filialları və ödəniş terminalları olmadığından vətəndaşlar təbii qazdan istifadəyə görə “smart kart”lara ödəniş edilməsində problemlə üzləşirdi.

Bu istiqamətdə müraciətləri nəzərə alaraq “Azərpoçt” təbii qazdan istifadəyə görə ödənişlər üçün filiallarını daha 300 ədəd xüsusi qurğularla (kartrider) təchiz edib.
Hazırda rayonlarda 128, Bakı şəhərində isə 171 poçt şöbəsində qazdan istifadəyə görə ödənişlərin qəbuluna tam şərait yaradılıb.

Bundan əlavə, elektrik enerjisi üzrə də poçt şöbələrində “smart kart”ların balansını artırmaq mümkündür. Belə ki, respublika üzrə artıq 162 poçt şöbəsində elektrik “smart kart”larına ödənişlər həyata keçirilir.

Məqsəd ödəniş terminallarının olmadığı və azlıq təşkil etdiyi yerlərdə əhalinin kommunal xidmət ödənişini poçtda həyata keçirməsinə şərait yaratmaqdır.

AzVision.az



Teqlər: poçt  





Xəbər lenti