Strateji Yol Xəritələri müzakirə edilib

Strateji Yol Xəritələri müzakirə edilib
  16 Noyabr 2017    Oxunub:1614
İqtisadiyyat Nazirliyində Strateji Yol Xəritələrində nəzərdə tutulmuş və nazirlik üzrə Sahibkarlığın inkişafı siyasəti Şöbəsinin icraçı olduğu tədbirlərin icrası ilə bağlı nazir Şahin Mustafayevin müvafiq əmri ilə müəyyən olunmuş əlaqələndirici struktur bölmələrin iştirakı ilə iclas keçirilib.
Nazirlikdən AzVision.az-a bildirilib ki, iclasda "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndəki tədbirlərin icra vəziyyəti müzakirə edilib, tapşırıqların icra vəziyyəti və gedişatı barədə hesabat məruzələri dinlənilib. Xüsusilə də 2017-ci ildə icrası başa çatan və ya icrası başlanılmalı olan tapşırıqlar üzrə görülmüş və görüləcək işlər, gözlənilən nəticələr barədə müzakirələr aparılıb.

Bundan başqa, həm yuxarıda qeyd edilmiş Strateji Yol Xəritəsi, həm də "Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi" üzrə hazırlanmış 2018-ci il üçün Təfsilatlı tədbirlər planlarında nəzərdə tutulan tədbirlər də müzakirə edilib, həmçinin 2019-cu və 2020-ci illər üzrə Təfsilatlı tədbirlər planlarının hazırlanması qərara alınıb.

AzVision.az


Teqlər: Strateji-Yol-Xəritələri  





Xəbər lenti