Gömrük Komitəsi büdcə öhdəliyini yerinə yetirib

  16 Noyabr 2017    Oxunub : 335
Gömrük Komitəsi büdcə öhdəliyini yerinə yetirib

2017-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununa əsasən, Dövlət Gömrük Komitəsi üçün 2 milyard 250 milyon manat illik büdcə öhdəliyi müəyyənləşdirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, bu ilin 16 noyabr tarixinə faktiki olaraq 2 milyard 300 milyon manat gömrük ödənişləri toplanaraq dövlət büdcəsinə köçürülməklə 2017-ci il üzrə müəyyən olunan 2 milyard 250 milyon manat illik büdcə öhdəliyi vaxtından əvvəl 50,0 milyon manat artıq və ya 102 faiz yerinə yetirilib.

2017-ci ilin 16 noyabr tarixinədək olan dövr ərzində idxal əməliyyatlarının həcmi 7 milyard 341 milyon ABŞ dolları olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,9 milyon ABŞ dolları məbləğində azalmasına baxmayaraq, 2017-ci ilin 16 noyabr tarixinə dövlət büdcəsinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 355,5 milyon manat artıq gömrük ödənişləri yığılaraq köçürülməsi təmin olunub. Cari ilin qalan dövrü ərzində də idxal mallarına tətbiq olunacaq gömrük vergi və rüsumlarına görə alınacaq ödənişlər illik proqnozun daha böyük məbləğdə yerinə yetirilməsini şərtləndirəcək.

Təhlildən göründüyü kimi, 2016-cı və 2017-ci illərin müvafiq dövrü ərzində idxalın həcminin azalması ilə müşahidə olunduğu halda, illik büdcə öhdəliyi 16 noyabr 2017-ci il tarixinə artıqlaması ilə icra olunub.

AzVision.az

Teqlər: DGK   büdcə