Onlar 800 manat maaş alırlar

Onlar 800 manat maaş alırlar
  17 Noyabr 2017    Oxunub:1546
Cari ilin yanvar-oktyabr aylarında tikinti sektorunda işləyənlərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz azalaraq 793,4 manat olub.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əməkhaqqı 901,3 manat, dövlət sektorunda isə 525,9 manat təşkil edib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ixtisaslaşdırılmış tikinti işlərində orta aylıq nominal əməkhaqqı 14,1 faiz azalıb, binaların tikintisində işləyənlərin orta aylıq nominal əməkhaqqı 5,0 faiz, mülki təyinatlı inşaat işlərində çalışanların isə 11,1 faiz artıb.

AzVision.az


Teqlər: Statistika   Maaş  





Xəbər lenti