Gəmiçilik xarici sularda fəaliyyətini genişləndirir

Gəmiçilik xarici sularda fəaliyyətini genişləndirir
  17 Noyabr 2017    Oxunub:2129
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (AXDG) QSC “Qafur Məmmədov” quru yük gəmisinin xarici sularda istismarına başlayıb. Bununla da Gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin ümumi sayı 12-ə çatdırılıb. Onlardan 11-i quru yük gəmisi, biri isə tankerdir.
AXDG-dən AzVision.az-a bildirilib ki, “Qafur Məmmədov” gəmisi bu gün səhər saatlarında yükləmə əməliyyatı üçün Rusiya Federasiyasının Taqanroq limanına yan alıb vəburadan yüklə Türkiyənin İzmir limanına səfərə çıxacaq. Azov, Qara və Aralıq dənizləri hövzələrində üzəcək quru yük gəmisinin istismarına nəzarəti, eyni zamanda texniki xidməti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Türkiyədəki “Caspdry” şirkəti həyata keçirəcək.

"Dedveyti 5500 ton, uzunluğu 108,3 metr, eni 16,5 metr, suya oturumu 4,79 metr olan “Qafur Məmmədov” gəmisi Gəmiçiliyin xaricdə quru yük daşımaları bazarındakı mövqeyini daha da möhkəmləndirəcək", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Gəmiçiliyin xarici sulardakı fəaliyyəti uzun fasilədən sonra 2014-cü ildə “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa edilib.

AzVision.az


Teqlər: AXDG  





Xəbər lenti