Rusiya Azərbaycandan İrana qaz kəməri çəkmək istəyir

Rusiya Azərbaycandan İrana qaz kəməri çəkmək istəyir
  18 Noyabr 2017    Oxunub:3140
Rusiya Azərbaycandan keçməklə İrana qaz kəməri tikmək niyyətindir. Bununla rəsmin Kreml Moskva, Tehran və Bakı arasında üçtərəfli əlaqələri daha da möhkəmləndirmək istəyir.
AzVision.az xəbər verir ki, bu barədə İranın “Dünyayi İktisad” (Dünya İqtisadiyyatı) qəzetim məlumat yayıb.

Nəşr yazır ki, qaz kəmərinin yaradılmasının iqtisadi cəhətdən daha çox siyasi əhəmiyyəti böyükdür: “Bu, həmçinin son il ərzində indiyə kimi tarixdə görülməyən Rusiya və Azərbaycan arasında əlaqələrin yaxınlaşmasını da göstərir. Moskva Azərbaycanı Rusiya və İranı, həmçinin Rusiya ilə Çini birləşdirəcək etibarlı tərəfdaş kimi görür. Bu arada ənənəvi olaraq rəsmi Moskvanın tərəfdaşı olan Ermənistan Kremlin razılığı olmamasına baxmayaraq, inadla Qərblə yaxınlaşmağa gedir”.

Nəşr vurğulayır ki, Rusiya-Azərbaycan əlaqələrində yeni dönüş Ermənistan və Avropa İttifaqı (Aİ) arasında imzalanması planlaşdırılan sazişdən bir neçə həftə əvvəl baş verib: "Bu durum təsadüf olaraq nəzərdən keçirilməməlidir. Gözlənilir ki, Azərbaycanın Rusiyaya yaxınlaşması, həmçinin Ermənistanın Qərblə yaxınlığı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasınada öz təsirini göstərəcək. Çünki bu halda rəsmi Moskva beynəlxalq hüquqa əsasən böyük ehtimalla Azərbaycanın mövqeyini dəstəkləyəcək, eyni zamanda Qərb İrəvana onun işğal etdiyi ərazilərə saxlamağa kömək edəcək”, - deyə nəşr yazır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Azərbaycan   İran  





Xəbər lenti