Vergilər naziri vətəndaşları qəbul edəcək
Qəbulda Ağdaş, Göyçay, Qəbələ, Oğuz və İsmayıllı rayonlarından olan vətəndaşlar iştirak edə bilər. Nazir vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxacaq.
Vətəndaşlar 9 və 10 saylı Ərazi Vergilər İdarələri, Ağdaş və İsmayıllı Vergi Ödəyicilərinə Xidmət Mərkəzləri ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
AzVision.az
Teqlər: Fazil-Məmmədov