"Kriptovalyuta yüksək riskli investisiya aktividir" - Elman Rüstəmov
Baş bankir bildirib ki, "blockchain" qabaqcıl texnologiyadır və yaxın beşillikdə maliyyə sektoru, real sektor, idarəetmə sistemi də daxil olmaqla bütün sistemdə dəyişikliklərə gətirib çıxaracaq.
"Azərbaycan Mərkəzi Bankı “blockchain” texnologiyalarının maliyyə-bank sektorunda tətbiqinə yardım edəcək. Bu sahədə artıq aparıcı məsləhətçi şirkətlərlə danışıqlara başlamışıq. İlk olaraq “blockchain”in hüquqi infrastrukturunu yaratmalıyıq, sonra onun texnoloji tətbiqinə keçməliyik"
E.Rüstəmov qeyd edib ki, sərt xarici şok olmazsa, valyuta bazarında sabitlik qorunacaq:
“Proqnozlaşdırılan neft qiymətləri çərçivəsində tədiyyə balansının cari hesabı tarazlıdır. Valyuta bazarındakı tələb və təklif arasındakı tarazlıq, manatın məzənnəsinin sabitliyini təmin etmək iqtidarındadır. Bank sektorunda restruktrizasiya davam etməlidir. Problemli aktivlər həllini tapmalıdır”.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: