Azərbaycan Rusiyadan qaz alışını bərpa edib

Azərbaycan Rusiyadan qaz alışını bərpa edib
  22 Noyabr 2017    Oxunub:1716
Rusiyanın "Qazprom" şirkəti və SOCAR Azərbaycana təbii qaz tədarüklərinin bərpa edilməsi barədə razılığa gəliblər.
AzVision.az-ın məlumatına görə, bu barədə Rusiyanın qaz şirkəti xəbər yayıb.

Qeyd olunub ki, bununla bağlı müqavilə 21 noyabr tarixində Moskvada imzalanıb. Müqaviləyə əsasən, Azərbaycan bazarına 1,6 milyard kubmetr Rusiya qazının tədarük edilməsi planlaşdırılır.

xatırladaq ki, “Gazprom” 2000-2006-cı illəri əhatə edən dövrdə Azərbaycana təbii qaz nəql edib. “Şahdəniz” yatağının istismara verilməsindən sonra təbii qazın nəqli dayandırılıb.

AzVision.az


Teqlər: Qazprom   SOCAR  





Xəbər lenti