“İlin sonunadək pul kütləsi artacaq” - Baş bankir

“İlin sonunadək pul kütləsi artacaq” - Baş bankir
  22 Noyabr 2017    Oxunub:1912
“İlin əvvəlindən biz dövriyyəyə təxminən 1 milyard manata yaxın vəsait ayırmışıq. İlk sabitlik rüşeymlərinin yarandığı fevral ayının sonundan Mərkəzi Bank iqtisadiyyata əlavə olaraq 1,8 milyard manat vəsait yönəldib. İlin sonunadək pul kütləsi bir qədər də artacaq”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Baş bankir bildirib ki, inflyasiya başlıca problemdir: “İnflyasiyanın başlıca aparıcı qüvvəsi məzənnə artıq sabitləşdirilib. Mərkəzi Bank inflyasiyanı nəzərə alaraq konservativ monetar siyasət keçirir. İnflyasiya avtomatik vergi deməkdir. Ona görə də hökumətin başlıca qayğısı inflyasiya olmalıdır”.

O, neftin qiymətləri yüksələn vaxt büdcənin gəlirlərinin artırılmasının tərəfdarı olmadığını deyib: “Eyni zamanda, neftin qiyməti düşən zaman xərcləri azaltmamalıyıq. İqtisadiyyat canlı orqanizm olduğundan stabillik, sabit xərc, sabit qiymət və sabit kurs tələb edir. Bu isə öz növbəsində tələb edir ki, resurs ölkələri sabit xərclərə əsaslanmalıdır. Neft gəlirlərinin indiki və gələcək nəsillər arasında bölünməsi ədalət prinsiplərinə tam şəkildə uyğundur”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: AMB   Elman-Rüstəmov   Manat  





Xəbər lenti