Qızılgül və qərənfil üçün idxal rüsumu alınacaq

Qızılgül və qərənfil üçün idxal rüsumu alınacaq
  22 Noyabr 2017    Oxunub:2709
2018-ci il yanvarın 1-də qızılgül və qərənfilin 1 kiloqramı üçün 1 dollar gömrük idxal rüsumu tətbiq ediləcək.
AzVision.az-ın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərar təsdiq edib.

Hazırki qərara əsasən qızılgülə gömrük dəyərinin 15 faizi dəyərində idxal rüsumu tətbiq edilir, qərənfil isə gömrük idxal rüsumundan azaddır.

AzVision.az


Teqlər: idxal  





Xəbər lenti