İndiyədək 20 min 700 ipoteka krediti verilib

  23 Noyabr 2017    Oxunub : 346
İndiyədək 20 min 700 ipoteka krediti verilib

“Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) xətti ilə indiyədək verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

AİF-dən AzVision.az-a verilən məlumata görə, fondun xətti ilə 20 min 700 ipoteka krediti verilib. "Azərbaycan İpoteka Fondu"nun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 902 milyon 805 min 057 manatdan çoxdur.

AzVision.az

Teqlər: İpoteka   Kredit