“Beynəlxalq Bank” gələn il özəlləşdirilməyə çıxarılacaq

  23 Noyabr 2017    Oxunub : 504
“Beynəlxalq Bank” gələn il özəlləşdirilməyə çıxarılacaq

““Prezident İlham Əliyevin 15 iyul 2015-ci il tarixli “Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması” istiqamətində imzaladığı fərmana uyğun olaraq bu ili 9 ayı ərzində artıq demək olar ki, bu bankın sağlamlaşdırılması tədbirləri yekun fazaya keçib”.

Bunu Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda (İslahatlar, Nəticələr və Perspektivlər) Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov deyib.

Onun sözlərinə görə, bu il ərzində təxminən 4,3 mlrd. manat həcmində toksik aktiv bankın balansından çıxarılaraq “Aqrarkredit”ə ötürülüb: “Nəticədə Beynəlxalq Bankın sistem əhəmiyyətli bank olmağı və sektorda dominant payının aşağı salınması sektorun diversifikasiyası üçün palatanın qarşısında duran vəzifə və tələblərdən biri idi. Məlumat üçün deyim ki, bu proseslərdən sonra bankın sektordakı payı 41%-dən 27%-ə düşüb. Mütləq ifadədə bu təxminən 13 mlrd. manatdan 7 mlrd. manata qədər aşağı salınıb”.

İ. Alışov vurğulayıb ki, Beynəlxalq Bank 2018-ci ildə özəlləşdirilməyə çıxarılacaq. (APA)

AzVision.az

Teqlər: Beynəlxalq-Bank