“813 manatla yaşamaq mümkündür” - Nazir müavini
Nazir müavini diqqətə çatdırıb ki, Azərbaycanda yaşayış minumumu adambaşına təsdiq olunur: “Hazırda ölkədə orta ailə tərkibi 4,7 nəfər təşkil edir. Buna görə də yaşayış minumumunu aliə başına cəmləsək, bir ailəyə 813 manat vəsait düşür. Bu vəsaitlə yaşamaq mümkündür. Biz yaşayış minumumunu daha çox artırmaq istərdik. Bizim məqsədimiz budur. Lakin həm metodikası, həm də hazırki imkanlar çərçivəsində bu tövsiyyə olunub”.
Spiker Oqtay Əsədov yaşayış minimumunun artırılmasını təklif edən deputatlara cavab verib: "Biz də istərdik yaşayış minimumu artsın. Bu baxımdan yaşayış minumumunun artırılması istiqamətində işlər gedir"
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Milli-Məclis