Parlament dekabrın 1-də 31 məsələyə baxacaq

Parlament dekabrın 1-də 31 məsələyə baxacaq
  24 Noyabr 2017    Oxunub:1202
Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasının gündəliyi məlum olub.
AzVision.az-ın məlumatına görə, plenar iclasın gündəliyinə 31 məsələ daxildir.

İlk olaraq iclasda hökumət üzvləri 2018-ci ilin dövlət büdcə zərfi ilə bağlı deputatların təkliflərini cavablandıracaqlar.

Həmçinin İnzibati Xətalar, Cəzaların İcrası, Cinayət Prosessual, Miqrasiya məcəllələrinə, “Kütləvi İnformasiya Vasitələri haqqında”, “Telekommunikasiya haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara dəyişikliklər, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” (üçüncü oxunuş) qanun layihəsi və digər məsələlər müzakirə olunacaq.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Plenar  





Xəbər lenti