Bu şəxslər gəlir vergisindən azad olunacaq

Bu şəxslər gəlir vergisindən azad olunacaq
  24 Noyabr 2017    Oxunub:3344
Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayənədələrinin və onların aparatlarının işçiləri gəlir vergisindən azad olunur.
AzVision.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilir.

Məcəllənin 102-ci (Gəlir vergisindən azadolmalar və güzəştlər) maddəsinə Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayənədələrinin və onların aparatlarının işçiləri də əlavə edilib.

Layihədə qeyd olunub ki, bu, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarının ticarət nümayəndələrinin və onların aparatlarının işçilərinin xarici ölkədə aldığı əmək haqqının gəlir və vergisindən azad olunması məqsədi ilə hazırlanıb.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: Vergi-Məcəlləsi  





Xəbər lenti